İran limanlarına blokada danışıqlar öncəsi ABŞ-ın əlini gücləndirir

İran limanlarına blokada danışıqlar öncəsi ABŞ-ın əlini gücləndirir
15 Apr 2026 15:02

Politoloq Əlimusa İbrahimov ABŞ və İran arasında mümkün danışıqlar ərəfəsində Vaşinqtonun mövqeyinin güclənməsi ilə bağlı fikirlərini açıqlayıb.

News365.az xəbər verir ki, o bildirib ki, ABŞ-ın əsas üstünlüklərindən biri İranın ixrac və idxal imkanlarına tətbiq olunan məhdudiyyətlər və dəniz blokadasıdır.

Politoloqun sözlərinə görə, İran iqtisadiyyatının böyük hissəsi – təxminən 90 faizi – dəniz yolu ilə həyata keçirilən ixrac-idxal əməliyyatlarından asılıdır. Bu səbəbdən limanlara daxil olan və ya çıxan gəmilər ciddi nəzarət altına alınıb.

Əlimusa İbrahimov qeyd edib ki, bəzi hallarda bu gəmilər ya geri qaytarılır, ya saxlanılır, ya da blokada rejiminin tələblərinə uyğun olaraq fəaliyyətləri dayandırılır.

O əlavə edib ki, əldə olunan məlumatlara görə, blokada tətbiqindən sonra limanlara yaxınlaşan gəmilərin əksəriyyəti geri çevrilib, yalnız bir neçə gəmi saxlanılıb.

Politoloq hesab edir ki, bu vəziyyət ABŞ-ın danışıqlar öncəsi mövqeyini gücləndirən əsas amillərdən biridir və Tehran üzərində təzyiq vasitəsi kimi istifadə olunur.


Sizin reklam burada
Sizin reklam burada