İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:04

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə "Yangi Uzbekiston" ("Yeni Özbəkistan") kompleksinin mərkəzində ucaldılıb.

Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.


Sizin reklam burada
Sizin reklam burada