Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI – ADLAR

Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI – ADLAR
12:25

Xəbər verdiyimiz kimi Qazaxda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində ölənlərin sayı üç nəfər olub. 

Ağır qəza zamanı 1958-ci il təvəllüdlü Səkinə Mustafayeva, 1968-ci il təvəllüdlü Məqsəd İbrahimov və 1959-cu il təvəllüdlü Fəxrəddin Mustafayev hadisə yerində dünyasını dəyişiblər.

Qəza zamanı 1997-ci il təvəllüdlü Şəhadət Mustafayev isə ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin  Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri də cəlb olunub. Onların köməkliyi ilə  həlak olanların meyiti deformasiyaya uğrayan  avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Sizin reklam burada
Sizin reklam burada