Türkiyənin Ordu vilayətində kənd təsərrüfatı işçilərini aparan nəqliyyat vasitəsi aşıb.
News365.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.