Yük gəmisi Benqal körfəzində batdı

Yük gəmisi Benqal körfəzində batdı
22 Avq 2026 23:40

Panama bayrağı altında üzən yük gəmisi Hindistanın şərqindəki Benqal körfəzində batıb.

News365.az xəbər verir ki, bu barədə PTİ agentliyi məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 24 nəfər olan gəmi dəmir filizi yükü ilə Odişadan Sinqapura gedirdi.

Hazırda Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb.

Məlumata görə, hakimiyyət orqanları hələ də neçə nəfərin xilas edildiyini müəyyən etməyə çalışır.

Gəminin hansı səbəbdən batdığı barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada