Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri öncəsi Daşkənddə hazırlıq işləri davam edir.
Şəhərin müxtəlif ərazilərində dövlət başçısının səfərinə həsr olunmuş görüntülər əks olunub.
Bununla bağlı yayılan videokadrlarda Daşkənd küçələrində Prezident İlham Əliyevin portretlərinin yerləşdirildiyi görünür.
Görüntülər Özbəkistanın Azərbaycan Prezidentinin dövlət səfərinə verdiyi yüksək önəmi nümayiş etdirir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23-24-də baş tutacaq. Səfər çərçivəsində iki ölkə prezidentinin görüşü və danışıqları, həmçinin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.