Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti, professor Aktotı Raimkulova I Qarabağ müharibəsi şəhidi Ziya
Ağayevin atası Niyaz Ağayevin 80 illik yubileyi münasibətilə şəhid ailəsini
ziyarət edib.
Səmimi görüş zamanı professor Aktotı
Raimkulova Niyaz Ağayevi yubileyi münasibətilə təbrik edərək, ona möhkəm
cansağlığı və uzun ömür arzulayıb. Görüşdə şəhid Ziya Ağayevin əziz xatirəsi
ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın və fədakarlığın
gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Qeyd edək ki, Ziya Ağayev 1994-cü il aprelin 30-da Talış kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Onun adı və şərəfli ömür yolu doğmaları ilə yanaşı, Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.
News365.az
