Qazaxıstanda yeni birpalatalı parlamentə (Qurultay) keçirilən seçkilər ölkədə genişmiqyaslı işlərin başlanğıcı olacaq.
Bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səsvermə hüququndan istifadə etdikdən sonra jurnalistlərə açıqlama verib:
"Bu gün ölkəmiz üçün həqiqətən tarixi bir gündür. İlk dəfə birpalatalı Qurultaya seçkilər keçiririk. Tək bir millət kimi birləşərək miqyaslı islahatlar aparırıq. Bu seçkilər qarşıda duran böyük işlərin yalnız başlanğıcıdır", — deyə Q.Tokayev vurğulayıb.
Xatırladaq ki, iyulun 1-də Qazaxıstanda iki̇palatalı parlamentdən birpalatalı Qurultaya keçidi nəzərdə tutan yeni Konstitusiya qüvvəyə minib. Yeni qanunvericilik orqanı olan Qurultayda 145 deputat təmsil olunacaq. Onlar yalnız partiya siyahıları üzrə 5 il müddətinə seçiləcəklər.