Jurnalistlərimiz İlham Əliyevin səfərini işıqlandırmaq üçün Daşkənddədir - VIDEO

Jurnalistlərimiz İlham Əliyevin səfərini işıqlandırmaq üçün Daşkənddədir - VIDEO
11:34

Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini işıqlandırmaq məqsədilə artıq Daşkənddədir.

Jurnalistlər səfər çərçivəsində keçiriləcək rəsmi tədbirləri, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşlərini və Azərbaycan-Özbəkistan münasibətlərinə dair mühüm məqamları yerindən işıqlandıracaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23-24-də baş tutacaq.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin danışıqları, həmçinin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada