İradə İsaqdan bağ evləri ilə bağlı tənqid: “Yaşıllıqdan niyə qaçırıq?”

İradə İsaqdan bağ evləri ilə bağlı tənqid: “Yaşıllıqdan niyə qaçırıq?”
15:42

Jurnalist İradə İsaq sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə müasir bağ evlərində yaşıllığın az olmasını tənqid edib.

O bildirib ki, son dövrlər tikilən bir çox bağ evlərində ağac və yaşıllığa demək olar ki, yer ayrılmır. Jurnalistin sözlərinə görə, həyətlərdə əsasən dekorativ ağaclarla kifayətlənilir, bu isə bağ evinin mahiyyətinə uyğun deyil.

İradə İsaq qeyd edib ki, isti havalarda insanların kölgələnməsi və təbiətə yaxın mühitdə istirahət etməsi üçün bağ evlərində daha çox ağac və gül kolları olmalıdır. O, həyətlərin həddindən artıq betonlaşdırıldığını və yaşıllığın ikinci plana keçirildiyini vurğulayıb.

Jurnalist həmçinin hesab edir ki, yaşıllıq həm ekoloji, həm də estetik baxımdan vacibdir və ağacların yarpaqları torpaq üçün təbii fayda yaradır.

Paylaşımında o, bəzi imkanlı şəxslərin bağ evlərinə yanaşmasını da tənqid edərək, təbiilikdən uzaq həyətlərin insanlarda rahatlıq hissi yaratmadığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada