İnqilab! - Özünü bərpa edə bilən betonlar

İnqilab! - Özünü bərpa edə bilən betonlar
05 İyn 2025 18:59

Elmdə növbəti inqilab oldu. 

News365.az xəbər verir ki, Texas A&M Universitetindən Dr. Congrui Grace Jin və onun komandası göbələklər və yosunların təbiətdəki simbioz münasibətindən ilham alaraq özünü təmir edən “canlı” beton hazırlayıblar.


Betonun daxilinə yerləşdirilmiş yosunlar Günəş işığını və karbon qazını istifadə edərək qida istehsal edirlər. Göbələklər isə bu maddələri istifadə edərək çatları dolduran mineral maddələr əmələ gətirirlər.


Bu kəşf dünyada ən çox istifadə olunanın inşaat materialı olan betonun ən böyük problemlərindən birinin həlli deməkdir. Mütəxəssislər bildirir ki, gələcəkdə bu sistemdən başqa planetlərdə yerləşmək üçün də istifadə edilə bilər.


Sizin reklam burada
Sizin reklam burada