İmamoğluna həbs cəzası: 2 352 il tələb olunur

İmamoğluna həbs cəzası: 2 352 il tələb olunur
13:45

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə açılan istintaqda yeni hadisə baş verib.

News365.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamə İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

3900 səhifəlik ittihamnamədə şübhəli şəxs qismində 407 nəfərin adı qeyd olunub. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu iddianamədə “təşkilat lideri” kimi qeyd edilib. İttihamnamədə təşkilatın liderləri kimi 6 nəfər də göstərilir.

 İmamoğlunu 828 il 2 aydan 2 352 ilə qədər həbs cəzası gözləyir.


Sizin reklam burada
Sizin reklam burada