İlham Əliyevlə Putin arasında TELEFON DANIŞIĞI oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
News365.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Kremlin məlumatına görə, telefon danışığı zamanı bir sıra ikitərəfli məsələlər müzakirə olunub.
Tərəflər ticarət-iqtisadi əlaqələri daha da inkişaf etdirmək və enerji, nəqliyyat və logistika sahələrində birgə layihələr həyata keçirmək öhdəliklərini bir daha təsdiqləyiblər.