ABŞ İran vətəndaşlarını deportasiya etdi

ABŞ İran vətəndaşlarını deportasiya etdi
13:40

Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmaya əsasən təxminən 50 İran vətəndaşı ABŞ-dən deportasiya edilib.

News365.az  xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.

İran vətəndaşlarını daşıyan təyyarənin Arizona ştatındakı aeroportdan havaya qalxdığı bildirilir. Məlumata görə, bu, 2025-ci il ərzində ikinci belə reys olub. Daha əvvəl sentyabr ayında təxminən 100 nəfər İran vətəndaşı ABŞ-dən deportasiya olunmuşdu.

Qəzet iddia edir ki, ABŞ-dən ümumilikdə təxminən 2000 İran vətəndaşının deportasiya olunacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada