Hollandiya Ukraynaya əlavə hərbi yardım ayırır

Hollandiya Ukraynaya əlavə hərbi yardım ayırır
15:37

Hollandiya hökuməti Ukraynaya əlavə hərbi yardım məqsədilə 700 milyon avro vəsait ayırmağı planlaşdırır. Bu barədə məlumat parlamentə göndərilən rəsmi məktubda verilib. Məktubu maliyyə, müdafiə və xarici işlər nazirlərinin səlahiyyətlərini icra edən Ruben Brekelmans, İlko Heinen və David van Wiel imzalayıb.

News365.az-ın məlumatına görə, plan bu həftə parlamentin əsas müxalifət fraksiyası olan Yaşıl Sol və İşçi Partiyasının təşəbbüsü ilə Kiyevə 2026-cı ilədək əlavə 2 milyard avro yardım ayrılması yönündə irəliləmənin ilk mərhələsidir.

Nazirlər açıqlayıblar ki, 700 milyon avronun 500 milyonu Müdafiə Nazirliyinin, qalan 200 milyon avro isə Xarici İşlər Nazirliyinin büdcəsindən ayrılacaq. Eyni zamanda, vurğulanır ki, 2026-cı ildə Kiyevə tam həcmdə yardımın verilməsi bəzi hallarda məhdudlaşdırıla bilər.

Ekspertlər hesab edir ki, bu addım Hollandiya tərəfindən Ukraynaya siyasi və hərbi dəstəyin davamlılığını göstərir və regionda vəziyyətin stabilliyi baxımından strateji əhəmiyyət kəsb edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada