İstanbul Respublika Baş Prokurorluğunun apardığı “Halk TV-ni maliyyələşdirmə əməliyyatı” istintaqı çərçivəsində keçirilən üçüncü mərhələ əməliyyatı zamanı 12 nəfərin saxlanılması barədə qərar verilib.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanlar arasında “Halk TV”nin aparıcısı Özge Ece Üner Bayramoğlu, onun həyat yoldaşı Deniz Bayramoğlu və İzmir Böyükşəhər Bələdiyyəsinin Maşın Təchizatı, Texniki Xidmət və Təmir İdarəsinin rəisi Ulaş Eroğlu da var.
Baş Prokurorluğun açıqlamasında Oğuzun hazırda ölkə xaricində olduğu bildirilib.