Avropa Şurasının Baş katibi Ukraynadadır

Avropa Şurasının Baş katibi Ukraynadadır
14:30

Avropa Şurasının Baş katibi Alen Berse Ukraynada ikigünlük səfərdədir.

News365.az xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib.

Baş katibin sözlərinə görə, Ukrayna üçün ədalətli və davamlı sülh məsuliyyət, insan hüquqları və qanunun aliliyi prinsiplərinə əsaslanmalıdır.

Səfər çərçivəsində o, bu hədəfə nail olunması istiqamətində Avropa Şurasının işinin irəli aparılması məqsədilə ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.


Sizin reklam burada
Sizin reklam burada