Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, yeni seçilmiş Milli Assambleyanın ilk iclası günü hökumət istefa verməlidir. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan daha əvvəl məlumat vermişdi.
Paşinyan yayımladığı videoda hökumətin istefası ilə bağlı ərizəni imzalayıb.
Sənəd Ermənistan prezidentinə təqdim olunub.
Baş nazir qeyd edib ki, istefa verən hökumətin üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edirlər. Yeni seçilmiş Milli Assambleyanın səlahiyyət müddəti başladıqdan sonra Ermənistan prezidenti parlament çoxluğunun namizədi olan şəxsi dərhal baş nazir təyin edir.