HP-nın audit nəticələri üzrə 0,8 milyon manatlıq araşdırma Baş Prokurorluğa göndərilib

HP-nın audit nəticələri üzrə 0,8 milyon manatlıq araşdırma Baş Prokurorluğa göndərilib
12:16

Hesablama Palatası ötən il apardığı audit yoxlamalarının nəticələrini Baş Prokurorluğa təqdim edib.

News365.az-ın xəbərinə görə, Palata sədri Vüqar Gülməmmədov Milli Məclisdə bildirib ki, 2025-ci ildə aparılan yoxlamalar nəticəsində aşkar edilən faktlar üzrə hüquqi tədbirlər görülüb. Ümumilikdə 0,8 milyon manat məbləğində vəsaitlə bağlı araşdırmalar aparılıb.

Bununla yanaşı, iki audit üzrə araşdırmalar hazırda davam etdirilir və yekun nəticələrin yaxın zamanda açıqlanacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada