Hindistan hücum əməliyyatına niyə "Sindur" adını qoydu? - FOTO

Hindistan hücum əməliyyatına niyə "Sindur" adını qoydu? - FOTO
07 May 2025 09:17

Xəbər verdiyimiz kimi Hindistan Pakistan ərazilərini bombalayıb. Dünən Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.

Maraqlıdır, Hindistan rəsmiləri qonşu ölkəyə hücum əməliyyatı üçün niyə belə bir ad seçiblər?

"Sindur" (Sindoor) qırmızı rəngdə olan xüsusi tozdur. Ondan evli hindistanlı qadınlar saçlarını ayırarkən başlarının alına yaxın nahiyəsinə  və alınlarının tən ortasına nöqtə kimi vuraraq istifadə edirlər. Hindistan Silahlı Qüvvələri hərbi əməliyyata Pahalqam terrorunda ərlərini itirən yerli qadınların şərəfinə bu adı qoyub. Hansı ki, terror aktı zamanı 26 nəfər ölüb.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Aprelin 30-da isə Pakistanın İnformasiya və Yayım Naziri Attaullah Tarar bəyan etdi ki, İslamabadda Pahalqam hadisəsindən yalan dolu bəhanələr kimi istifadə edilərək Yeni Dehlinin hərbi zərbələr endirməyi planlaşdırdığına dair etibarlı məlumat var. Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.



Tural



Sizin reklam burada
Sizin reklam burada