Türkiyədə yük gəmisində 350 kiloqram kokain aşkarlanıb.
News365.az xəbər verir ki, Türkiyənin Mersin şəhərində Braziliyadan gələn quru yük gəmisinin alt hissəsində gizlədilmiş 350 kiloqram kokain aşkarlanıb.
Əməliyyat zamanı narkotik vasitənin bazar dəyərinin təxminən 1,5 milyard türk lirəsi olduğu bildirilib.
Əməliyyat çərçivəsində 9 şəxs saxlanılıb. Gəmidə həmçinin dalğıc avadanlıqları və sualtı dəniz skuteri aşkarlanıb.