Hərbçimiz Türkiyədə vəfat etdi

Hərbçimiz Türkiyədə vəfat etdi
24 Dek 2025 14:00

Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov dəfn olunub. 

News365.az xəbər verir ki, E. Qurbanov Türkiyədə müalicə zamanı dünyasını dəyişib.

DSX-nin zabiti olan Elçin Qurbanov Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib. O, Qarabağdakı son döyüşlər zamanı yaralanıb və daha sonra ordudan tərxis edilib.

Mərhum Cəlilabadın Ocaqlı kəndində torpağa tapşırılıb. 


Sizin reklam burada
Sizin reklam burada