Heqset Tehranı saziş bağlamağa çağırdı

Heqset Tehranı saziş bağlamağa çağırdı
17:00

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin İrana qarşı hərbi əməliyyatını "dünyaya hədiyyə" adlandırıb və Tehranı saziş bağlamağa çağırıb.

News365.az xəbər verir ki, o bunu brifinqdə çıxış edərkən bəyan edib.

Heqsetin sözlərinə görə, "Epik qəzəb" əməliyyatı ABŞ silahlı qüvvələrinin gücünü nümayiş etdirib.

"Bu cəsarətli və təhlükəli missiya dünyaya hədiyyədir", - o vurğulayıb və ABŞ-nin İranda "qətiyyətli hərbi nəticələr" əldə etdiyini əlavə edib.

Müharibə naziri həmçinin qeyd edib ki, Tehran hazırda mühüm seçim qarşısındadır.

"İranın yaxşı, ağlabatan saziş bağlamaq şansı var", - o bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada