Tanınmış sənətçilər haqqında həbs tələbi

Tanınmış sənətçilər haqqında həbs tələbi
18:15

Məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu barəsində "yalan şahidlik" ittihamı ilə cinayət işi açılıb. Onlar haqqında 4 aydan 1 ilə qədər həbs cəzası tələbi ilə iddianamə hazırlanıb.


İddianaməyə görə, aktyorlar Gezi Parkı istintaqı çərçivəsində həbs edilən ID İletişim şirkətinin sahibi Ayşe Barım haqqında yalan ifadə verməkdə ittiham olunurlar.


Sənəddə qeyd edilir ki, Ergenç və Kocaoğlu şahid qismində ifadə veriblər və bu ifadə "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə və ya fəaliyyətinə mane olmağa cəhd göstərməkdə kömək etmə" ittihamı ilə əlaqəlidir. Bu cinayət 3 ildən artıq həbs cəzası tələb etdiyinə görə, aktyorların yalan şahidlik etdikləri iddia olunur.


Prokuror bütün bu səbəblərə əsaslanaraq, Ergenç və Kocaoğlunun 4 aydan 1 ilə qədər həbs cəzası ilə mühakimə olunmasını tələb edib. İddianamə 24-cü Asliye Cinayət Məhkəməsinə göndərilib.



Sizin reklam burada
Sizin reklam burada