D vitamini immun sisteminin gücləndirilməsi, sümüklərin sağlamlığı və ümumi bədən funksiyaları üçün həyati əhəmiyyət daşıyan əsas qida maddələrindən biridir. Xüsusilə qış aylarında günəş işığının azalması dərinin bu vitamini sintez etməsini çətinləşdirir, nəticədə çatışmazlıq riski artır.
News365.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya açıqlamasında Aleksandr Konkov danışıb. Onun sözlərinə görə, D vitamini uşaqlar və yeniyetmələr üçün həyati əhəmiyyət daşıyır. Çatışmazlıq skeletin və dişlərin düzgün formalaşmasına mane olur, əzələ inkişafını zəiflədir və uşaqlarda raxitə bənzər simptomlara yol aça bilər.
Mütəxəssis əlavə edib ki, yaşlılarda da D vitamini kritik rol oynayır. Yaş artdıqca dərinin bu vitamini sintez etmə qabiliyyəti azalır, sümüklər zəifləyir, osteoporoz və sınıq riskləri yüksəlir.
Konkov həmçinin hamilə və süd verən qadınların da D vitamini qəbulunu artırmalarını tövsiyə edib, çünki bu dövrdə vitaminin çatışmazlığı həm ana, həm də körpə sağlamlığına mənfi təsir göstərə bilər.
News365.az