III MDB Oyunlarında güləş yarışlarına yekun vurulub.
News365.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60 güləşçi qələbə uğrunda mübarizə aparıb.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışda millimiz 6 medal qazanıb. Güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.
Təmsilçilərimizdən Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olmaqla, himnimizi səsləndiriblər.
Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) ikinci, Hikmət Haqverdiyev (55 kq) isə üçüncü yeri tutub.
Beləliklə, güləşçilərimiz ümumilikdə MDB Oyunlarında 20 (5 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanıb.