Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, sürücü Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən piyada, 41 yaşlı Taleh Əliyevi vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.