İsraili hansı aqibət gözləyir?

İsraili hansı aqibət gözləyir?
09:44

“3 il əvvəl fələstinlilər ərazilərində şənlik edən israillilərə hücum etmişdilər. Müqayisə üçün təsəvvür edin ki, ərazilərimizin işğalı dövründə biz

Ağdamda şənlik edən ermənilərə hücum etmişik. İsrail hökumətinin guya bundan qabaqcadan xəbəri yox idi. Son 3 il ərzində İsrail bu hücumu əlində

bayraq edərək fələstinlilərin soyqırımını həyata keçirir. Paralel digər müsəlman dövlətlərinə də təcavüz edir, onları hədələyir və Böyük İsrail

qurmaq niyyətini gizlətmir”.

Bu fikirləri tanınməş hüquqşünas Əkrəm Həsənov deyib.

O, əlavə edib ki, dünya dövlətlərinin əksəriyyəti İsrailin faşist və aparteid rejimini pisləsə də, onun rəhbərlərini hərbi cinayətkar hesab etsə də, ABŞ-ın dəstəyi ilə İsrail hələlik özbaşınalığını və cinayətkar əməllərini davam etdirir:

“Ötən əsrdə də belə bir dövlət var idi – Cənubi Afrika Respublikası: ABŞ-ın dəstəi ilə çoxluqda olan yerli zəncilərə zülm edirdi, onların lideri Mandelanı terrorçu adlandırırdı, güclü iqtisadiyyat quraraq nüvə silahına da sahib olmuşdu və s. Sonu nə oldu? Həmin faşist rejimi çökdü. Xələfini də eyni aqibət gözləyir...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada