Dünyanın ilk kompüteri 2 min il əvvəl hazırlanıb

Dünyanın ilk kompüteri 2 min il əvvəl hazırlanıb
22:40

İnsanların kompüterdən istifadə etməsindən minilliklər əvvəl qədim yunanlar səma cisimlərinin hərəkətini hesablayan mexaniki cihaz hazırlayıblar.

News365.az xəbər verir ki, 1901-ci ildə Yunanıstanın Antikitera adası yaxınlığında batmış gəminin qalıqlarından tapılan bu cihaz tarixdə ilk analoq kompüter hesab olunur.

Antikitera mexanizmi adlandırılan qurğu mürəkkəb tunc dişli çarxlardan ibarət olub. Onun vasitəsilə Günəş və Ayın hərəkətlərini izləmək, tutulmaları əvvəlcədən hesablamaq, həmçinin qədim Olimpiya oyunlarının tarixlərini müəyyən etmək mümkün idi.

Təxminən 2 min 100 il əvvəl hazırlanan cihazın texnoloji səviyyəsi alimləri heyrətləndirib. Onun mexaniki quruluşuna bənzər mürəkkəb sistemlər uzun əsrlər sonra yenidən ortaya çıxıb.


Sizin reklam burada
Sizin reklam burada