"Gələcəkdə geyimlərim üçün muzey aça bilərəm" - Aygün Kazımova

"Gələcəkdə geyimlərim üçün muzey aça bilərəm" - Aygün Kazımova
08 Yan 2025 20:15

Azərbaycanın Xalq artisti Aygün Kazımova maraqlı açıqlama ilə gündəmə gəlib. News365.az xəbər verir ki, sənətçi şəxsi geyim kolleksiyasını gələcəkdə bir muzey kimi təqdim etmək istədiyini bildirib.


"Gözəllik dəyişmir. Mənim 20-30 il öncədən qalan geyimlərim var. Onları saxlayıram və elə geyimlərim var ki, manikenə geyindirib evdə saxlayacağam. Bu, gələcək planlarım sırasındadır. Bir növ muzey kimi olacaq," – deyə Kazımova vurğulayıb.


Sənətçi həmçinin zarafatla əlavə edib ki, "Bəlkə üç ev alıb, birini geyimlərim, birini mikrofonlarım, digərini isə aksesuarlarım üçün saxladım. Bilmək olmaz, hələ gələcəkdə nələr olacaq."




Youtube kanalımız