Fransanın baş nazirliyinə namizəd Kiyevin silahlandırılmasının əleyhinədir - “LeMonde“

Fransanın baş nazirliyinə namizəd Kiyevin silahlandırılmasının əleyhinədir  - “LeMonde“
24 İyn 2024 19:28

Fransanın baş nazirliyinə namizəd və ifrat sağçı “Milli birlik” partiyasının lideri Cordan Bardella bildirib ki, əgər məlum vəzifəyə yiyələnsə, Rusiya Federasiyası ərazisinə hücumlar üçün Ukraynaya uzaqmənzilli silahlar və təlimatçılar göndərməyəcək.

News365.az xəbər verir ki, bu barədə LeMonde məlumat yayıb.

Qeyd olunur ki, o, Fransanın baş naziri postunu tutacağı təqdirdə Kiyevə hansı yardımları edə biləcəyini demə deməyib, ancaq dövləti üçün dərhal açıq şəkildə “qırmızı xətlər” və tabular müəyyən edib. "Beləliklə, onun üçün istənilən eskalasiya riskinin qarşısını almaq üçün Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilə bilən uzaqmənzilli raketlər və silahlarla təchiz edilməsi qəbuledilməzdir. Bundan əlavə, o, ölkə prezidenti Emmanuel Makronun mütəmadi olaraq xatırlatdığı Fransa hərbçilərinin Ukrayna cəbhəsinə göndərilməsinin də əleyhinədir", - məqalədə yazılıb.

Bardella həm də xüsusi olaraq vurğulayıb ki, "Ukrayna özü müdafiə olunmalıdır". 

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər