Fransa siyasətçiləri Makronun istefasını tələb edir

Fransa siyasətçiləri Makronun istefasını tələb edir
15:36

Fransada siyasətçilər Prezident Emmanuel Makronu istefaya çağırıb.

News365.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Siyasətçilər arasında “La France Insoumise” partiyasının lideri Jan Luk Melenşon və Kan şəhərinin meri David Lisnard da var.

Siyasi fiqurlar Baş nazir Sebastyan Lekornyunun istefası fonunda ölkənin siyasi xaosda olduğunu və bunun əsl səbəbkarının Emmanuel Makron olduğunu iddia edirlər.

Qeyd edək ki, Fransa Baş naziri Sebastyan Lekornyu bu gün istefa verib.

O, bir aydan az müddət vəzifədə qalıb.


Sizin reklam burada
Sizin reklam burada