Şəmkirdə diş həkimi 13 yaşlı qızla nişanlandı

Şəmkirdə diş həkimi 13 yaşlı qızla nişanlandı
14:27


Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.

News365.az Teleqraf-a istinadən xəbər verir ki, onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən “Qala” restoranında hər iki ailənin iştirakı ilə baş tutub.

Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir RPŞ-nə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.

M.Cəbrayılov məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı qızı diş həkimə gələrkən görüb və bəyənib. O, daha sonra Nüşabə (ad şərtidir) ilə danışaraq ona elçi göndərəcəyini bildirib.

Nüşabə isə ifadəsində bildirib ki, anasının onu Müşfiqə verməyəcəyini başa düşüb, valideynini qorxutmaq üçün biləklərini kəsib, verməsə, özünü öldürəcəyini bildirib:

“Anam da qorxuya düşüb, məcbur qalıb elçilərə “hə” dedi”.

Qeyd edək ki, məhkəmə M.Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib.



Sizin reklam burada
Sizin reklam burada