“Neftçi” yenə “Qarabağ”ı təbrik etmədi

“Neftçi” yenə “Qarabağ”ı təbrik etmədi
13:40

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə adlamaq münasibətilə təbrik edib.

News365.az xəbər verir ki, 11 klubdan 3-ü isə bu təbrikə qoşulmayıb. 

Ağdam təmsilçisini təbrik etməyənlər “Neftçi”, “Kəpəz” və “Karvan-Yevlax”dır. 

Xüsusilə “Neftçi”nin Azərbaycan təmsilçisinin uğuruna biganə yanaşması müzakirələrə səbəb olub. 

“Qarabağ” da öz növbəsində həmin klublara təşəkkürünü bildirib. 

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsinə düşərkən də “Qarabağ”ı təbrik etməmişdi. Bu da müzakirələrə səbəb olmuşdu. 


Sizin reklam burada
Sizin reklam burada