Zelenski ilə görüş üçün Moskva müzakirə olunur.
News365.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüşün keçirilməsi üçün Moskva variantı müzakirə olunur.
Bildirilib ki, hazırda görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi gündəmdə deyil.
Kreml rəsmiləri qeyd ediblər ki, danışıqların formatı və yeri ilə bağlı müzakirələr davam edir, lakin konkret qərar hələ qəbul olunmayıb.