Rusiya Federasiyasının Dövlət Duması miqrant işçi ailələrinin
Rusiyaya girişini qadağan edə bilər.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Dövlət
Dumasının deputatları hazırda bu məsələni müzakirə edirlər.
Yeni düzəlişlərə əsasən, Rusiyaya gələn miqrantlar müəyyən müddət
işləyəcək və sonra ölkəni tərk edəcəklər. Bu şərtlər daxilində miqrant ailələrinin
ölkədə qalmasına icazə verilmir.
News365.az