Tanınmış müğənni Canananın 50 illik yubileyi bir neçə gün əvvəl Bakının məşhur məkanlarından birində təntənəli şəkildə qeyd olunub.
News365.az xəbər verir ki, tədbirdə sənətçinin dostları, yaxınları, həmkarları və övladları iştirak ediblər.
Məclisdə diqqət çəkən məqamlardan biri isə Canananın keçmiş qayınanası, Əməkdar artist Mətanət İsgəndərlinin jesti olub. Müəyyən səbəblərdən yubiley gecəsində iştirak edə bilməyən sənətçi, keçmiş gəlininin ad gününə 3 min manat məbləğində nəğd pul göndərib. Bu addım məclisdə maraqla qarşılanıb.
Qeyd edək ki, Canana yubiley gecəsi ilə bağlı təəssüratlarını verdiyi xüsusi müsahibədə də bölüşüb.