Ontario’da buzlanma: 50 avtomobil qəzaya düşdü

Ontario’da buzlanma: 50 avtomobil qəzaya düşdü
16:43

Kanadanın Ontario əyalətində əlverişsiz hava şəraiti kütləvi yol-nəqliyyat hadisəsinə səbəb olub. 

News365.az xəbər verir ki, buzlanma nəticəsində sürüşkənləşən yolda təxminən 50 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisədən sonra bəzi avtomobillərdə yanğın qeydə alınıb. 

Hadisə yerinə təcili yardım, yanğınsöndürmə və polis qüvvələri cəlb olunub.

Xəsarət alanların sayı və qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada