İranlı islahatçılar Xameneinin istefasını açıq şəkildə tələb etmək barədə razılığa gəliblər.
News365.az xəbər verir ki, İran siyasətçisi Azər Mənsuriyə ali dini lider Ayətullah Əli Xamenei ilə əlaqə saxlayaraq onu istefaya getməyə və hakimiyyəti keçid şurasına təhvil verməyə razı salmaq tapşırılıb.
Lakin nəşrin yazdığına görə, bu plan İran hakimiyyətinin islahatçı hərəkatın liderlərinə ünvanladığı təhdidlər səbəbindən həyata keçirilə bilməyib.
İran müxalifətinin Xameneinin istefasını tələb etmək istəməsinin əsas səbəblərindən biri Tehranda və İslam Respublikasının digər iri şəhərlərində keçirilən etiraz aksiyaları zamanı çoxsaylı etirazçının həlak olması ilə bağlı narazılıq olub.
İran Konstitusiyasına əsasən, ölkə lideri öz qanuni vəzifələrini yerinə yetirə bilmədikdə, vəzifə üçün zəruri olan keyfiyyətləri itirdikdə, yaxud ilkin olaraq bu tələblərə cavab vermədiyi müəyyən edildikdə vəzifəsindən kənarlaşdırıla bilər. Liderin vəfatı, könüllü istefası və ya vəzifədən uzaqlaşdırılması halında isə Ekspertlər Şurasının üzvləri mümkün qədər tez bir zamanda yeni lideri müəyyən edərək təqdim etməlidirlər.
Aliyə