Kaja Kallas: Ayrı Avropa Ordusu yaradılmayacaq

Kaja Kallas: Ayrı Avropa Ordusu yaradılmayacaq
16:34

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas Avropa Ordusunun yaradılması ilə bağlı müzakirələrə münasibət bildirib. 

News365.az xəbər verir ki, o, ayrıca və müstəqil Avropa Ordusunun formalaşdırılmasının real olmadığını deyib.


Kallasın sözlərinə görə, Avropanın təhlükəsizliyi mövcud milli ordular üzərində qurulmalıdır. Onun fikrincə, paralel hərbi strukturların yaradılması koordinasiyanı zəiflədə və ümumi təhlükəsizlik arxitekturasını daha da qeyri-müəyyən edə bilər.


Ali nümayəndə qeyd edib ki, əsas məqsəd mövcud imkanların gücləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsidir.



Sizin reklam burada
Sizin reklam burada