Paşinyan Türkiyə və Azərbaycanla vahid enerji sisteminin yaradılmasını istəyir

Paşinyan Türkiyə və Azərbaycanla vahid enerji sisteminin yaradılmasını istəyir
16:06

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin enerji sisteminin Türkiyə və Azərbaycanın elektrik şəbəkələrinə qoşulmasını zəruri hesab edir.

 

Bu barədə o, yerli jurnalistlərə bildirib.

Baş nazir deyib ki, enerji sistemimiz Gürcüstan və İranla bağlıdır:

“Düşünürəm ki, enerji sistemimiz də Türkiyə və Azərbaycanla birləşdirilsəydi, düzgün olardı".

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanda artıq elektrik enerjisi var, yəni regionun beynəlxalq bazarlara çıxış üçün əhəmiyyətli potensialı var.

"Niyə daha böyük ixrac bazarlarına çıxış üçün Azərbaycanın şəbəkəsindən istifadə etməyək? Azərbaycan da eyni məntiqlə maraqlanır və təbii ki, onlar da Naxçıvanla enerji axınlarında maraqlıdırlar"- deyə o bildirib.

 

O, regional əməkdaşlığın ixrac imkanlarını genişləndirəcəyinə inanır:

"Biz birgə ixrac həyata keçirə bilərik... Orada Ermənistan Respublikası üçün heç bir təhlükə yoxdur... Əksinə, yeni imkanlar var".

 

Qeyd edək ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında razılaşdırılmış saziş mətninin paraflanması ilə bağlı bəyannamə qəbul edildi. Ermənistan tərəfi həmçinin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"nun yaradılması üçün ABŞ və üçüncü tərəflərlə əməkdaşlıq etməyə razılıq verdi. Bu marşrut Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvandakı anklavı arasında nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutur.

 

News365.az


Sizin reklam burada
Sizin reklam burada