Məktəb direktoru şagirdi döyüb? - Video - AÇIQLAMA

Məktəb direktoru şagirdi döyüb? - Video - AÇIQLAMA
13:50
İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin fiziki zorakılığa məruz qaldığı iddia olunur.

News365.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilir ki, şagirdi döyən şəxs təhsil müəssisəsinin direktorudur.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etdik. İdarədən sorğumuza cavab olaraq qeyd edildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: “Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.

Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”. 


Sizin reklam burada
Sizin reklam burada