İran Ordusunun Baş Komandanının əmri ilə bu gün Ordunun dörd qoluna min ədəd strateji dron əlavə edilib.
News365.az xəbər verir ki, Ordu Komandanı, Baş General Hətami qeyd edib ki, bu tədbir İran ordusunun sürətli reaksiya vermə və caydırıcılıq qabiliyyətlərini daha da gücləndirir.
Məlumata görə, əlavə olunan dronlar müxtəlif əməliyyat ssenariləri üçün nəzərdə tutulub və strateji əhəmiyyət daşıyır.