İtaliyanın Florensiya şəhərinin bələdiyyə başçısı Dario Nardella bu gün İstanbulun Maltəpə rayonunda keçirilən mitinqində iştirak edib.
News365.az xəbər verir ki, sədr bu barədə X hesabında paylaşım edib.
“Biz İmamoğlunun yanındayıq, biz Türkiyədə demokratiyanın yanındayıq!”, - o paylaşımda bildirib.
Qeyd edək ki, martın 19-da korrupsiya və terrorçularla əlaqədə ittiham olunaraq saxlanılan Əkrəm İmamoğlu barəsində məhkəmə 23 martda həbs qərarı verib. Onun saxlanılması ilə CHP-çilər genişmiqyaslı etiraz aksiyalarına başlayıb.
Bu gün Maltəpədə ən böyük mitinqlərdən biri keçirilib.