Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
News365.az xəbər verir ki, hadisə oktyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Minik avtomobili 31 yaşlı Əli Həsənzadəni vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün - oktyabrın 17-də xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.