Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı izdiham baş verib.
News365.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 19:40-da (Bakı vaxtı ilə 18:10) baş verən izdiham nəticəsində azı 35 nəfər ayaqlar altında qalıb. Nəticədə 17 nəfər ölüb. Digər yaralılar isə xəstəxanaya çatdırılıb.