“Fədakar ana — düzgün vətəndaş yetişdirir” - Pediatrdan açıqlama

“Fədakar ana — düzgün vətəndaş yetişdirir” - Pediatrdan açıqlama
12:53

“Hər bir uşaq gələcəyin vətəndaşıdır”.

News365.az xəbər verir ki, pediatr Aida Rəşidova televiziya verilişində çıxışı zamanı uşaqların tərbiyəsində ailənin, xüsusilə də ananın rolunun böyük olduğunu bildirib.

Həkimin sözlərinə görə, hər bir uşaq gələcəyin vətənpərvər və dövlətə xidmət edən vətəndaşıdır:

“Hər bir uşaq bizim gələcəyimiz üçün bir vətəndaşdır. İstəyirik ki, o, dövlətə və millətə faydalı olsun, vicdanlı bir insan kimi yetişsin. Ana nə qədər fədakar, nə qədər düzgün, nə qədər vətənpərvər olarsa, onun böyütdüyü uşaq da bir o qədər xalqa və dövlətə faydalı bir insan olur.”

Rəşidova qeyd edib ki, sağlam cəmiyyətin təməli ailədən başlayır və övladın formalaşmasında ana davranışı həlledici rol oynayır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada