Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır

Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır  Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
19:40

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq. 

News365.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X”də bildirib. 

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Sərdar Kılıçın sözlərinə görə, THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul səfərlərinə başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada