F-47 hazırdır - Tramp elan etdi

F-47 hazırdır - Tramp elan etdi
21 Mar 2025 22:30

“Boinq” ABŞ Hərbi Hava Qüvvələri üçün növbəti (altıncı) nəsil F-47 qırıcı təyyarəsi istehsal edəcək.


News365.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.


“F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq”, - deyə Tramp bildirib.


Tramp əlavə edib ki, təyyarənin eksperimental versiyası demək olar ki, beş ildir gizli şəkildə uçur.



Sizin reklam burada
Sizin reklam burada