Estoniyalı nazir Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasına münasibət bildirib

Estoniyalı nazir Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasına münasibət bildirib
20:15

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb”.

News365.az xəbər verir ki, bu barədə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanı şərh edərkən deyib.

Nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Mən hər iki tərəfin, ABŞ rəhbərliyinin qətiyyətini və digər tərəfdaşların, o cümlədən Avropa İttifaqının ardıcıl səylərini alqışlayıram. Hazırda regionda davamlı sülhə yol açmaqla razılaşdırılmış bütün addımların tam və operativ şəkildə həyata keçirilməsi vacibdir”, - Marqus Tsaxna vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada